Əkin sahəsinə görə dünyada dənli-paxlalı bitkilər içərisində soya birinci yeri tutur. Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır.