HAQQIMIZDA

Balakən Toxum MMC kənd təsərrüfatı sahəsində əsasən toxumçuluq sektorunda 5 illik davamlı çalışmalardan sonra 2017-ci ilin əvvəlində təsis edilmişdir. Şirkət qida sənayesinin ana məhsulları olan dənli və paxlalı bitkilərin Respublikamızın rayonlarına uyğun çeşidlərini distributoru olduğumuz şirkətlərdən birbaşa fermerlərə təqdim etməkdə və yetişdirilməsində onlara pulsuz konsultasiya ilə bilik və təcrübələrini paylaşmaqdadır.

VİZYONUMUZ

Hədəfimiz araşdırma və inkişaf strategiyası ilə Azərbaycanda toxumçuluq sektorunda ilk dəfə hibrid toxumu istehsal edən şirkət olmaqdır.

MİSSİYAMIZ

Distributoru olduğumuz şirkətlərdən təqdim etdiyimiz və istehsal edəcəyimiz hibrid toxumlarla kənd təsərrüfatı sahəsinə töhvə verərək ölkəmizi və fermerlərimizi qazandırmaq.