Qarğıdalı haqqında faydalı məlumatlar – qarğıdalı toxumu
Adı “Maize” (Hindistancadan “müqəddəs ana”, “həyat verən”) olan qarğıdalı bitkisi, qarğıdalı qıçası üzərindəki sıralarla yerləşdirilmiş iri dənələr verən taxıl bitkisidir. Dünyada ən papulyar taxıl bitkilərindəndir. Digər dənli bitkilər kimi qarğıdalı da taxıl fəsiləsinə (Poaceae) aid bitkidir. Qarğıdalı ilk dəfə Meksikanın təqribən 10 min il əvvəlki xalqları tərəfindən təsərrüfata cəlb edilmişdir. Yerli Amerikalılar Avropalı kolonistləri qarğıdalı bitkisinin becərilməsini öyrədiblər. Xristofor Kolumb və digər kəşfiyyatçılar tərəfindən qarğıdalı bitkisi Avropaya gətirilib, oradan da dünyanın hər yerinə yayılıb. Antraktika qitəsindın başqa dünyanın hər yerində əkilə bilər.
Qarğdalı heyvan yemlərində, insan qidasında və sənayedə geniş istifadə olunur. Qarğıdalı bitkisi tək gövdədən və yarpaqlardan ibarət olan bitkidir. Gövdə uzunluğu çeşidə və yetişdiyi mühitə görə dəyişir. Ortalama gövdə uzunluğu 2,5 – 3 metr olur, ancaq dünya rekordu 10 metrdən uzundur.
Hər düyümdən böyüyən bir yarpaq, ümumiyyətlə 9 sm genişliyində və 120 sm uzunluğunda olur. Erkək çiçəklər gövdənin tam başında açır, polenlərini külək vasitəsi ilə qıçalardan çıxan saçaqlar üzərinə buraxırlar.
Hər qıça 16-20 sıra, 35-45 cərgə halında və qıçada təqribən 650-800 ədəd dən olur. Qarğıdalının dənləri rəngarən olan çeşidləri mövcuddur.
100 qram qarğıdalı dənində 86 kalori olur.
Qarğıdalı, sağlam günlük metobolizma üçün lazımi kalorini təmin etməklə yanaşı eyni zamanda A,B, E vitaminləri və bir çox mineral və antioksidantlarla da zəngindir. Lif tərkibi də yüksəkdir. Qarğıdalının sağlamlıq üçün faydaları arasında diyabetin kontrol edilməsi, ürək rahatsızlıqlarının qarşısının alınması, yüksək təzyiqin normallaşdırılması da mühüm yer tutur. Qarğıdalıda olan antioksidantlar anti-kanserogen maddələr olaraq hərəkət edir və Alzheimer xəstəliyinin qarşısını alır.
Qarğıdalı Meksika mətbəxində geniş istifadə olunur. Qarğıdalı unu yeməklərdə şiriniyyatlarda istifadə olunur. Çiça və Çiça morada tipik olaraq qarğıdalının bəzi növlərindən alınan alkoqolsuz içkidir. Qarğıdalı siropu, qarğıdalı nişastasından əldə edilən tempratura görə dəyişən miqdarlarda maltoz və yüksək oligasakkaritlər olan qida siropudur. Yüksək fruktozalı qarğıdalı siropları meyvə sularında və tanınmış alkoqolsuz içkilərdə geniş istifadə olunur.
Qarğıdalı yağı qarğıdalının toxumlarından əldə edilən yağdır. Qanda aşağı xolestrola yardımçı olan doymamış yağlar və sterollər baxımından zəngindir.
Qarğıdalı heyvanlar üçün önəmli yem qaynağıdır. Yüksək enerjiyə sahib olan qarğıdalının gövdəsindən hazırlanan silos iribuynuzlu heyvanlar üçün ən sərfəli şirəli yem hesab olunur. Dənindən isə qanadlıların bəslənməsi üçün istifadə olunur.
Qarğıdalı qidadan əlavə fişəng, plastik , paltar, antipas, yapıştırıcı, boya, paltaryuyan vasitələr, sabun, aspirin, antibiyotiklər, kosmetik vasitələr, etanol və s. istehsalında istifadə olunur.
20-ci əsrin əvvələrinə kimi qarğıdalı əl ilə yığılırdı. İlk mexanik qarğıdalı biçən 1930-da Missuridəki Gleaner Harvester Combine Corporation tərəfindən düzəldilmişdir.
Sorry, the comment form is closed at this time.