Günəbaxan haqqında maraqlı məlumatlar – günəbaxan toxumu
Günəbaxanın elmi adı Yunanca Helianthusdur. Helios günəş, Anthus çiçək mənası verir. Günəbaxan günəşə ehtiyacı olan bitkidir və günəşin şərqdən qərbə hərəkətini izləyir, buna heliotropizm deyilir. Hər günəbaxan əslində minlərcə xırda çiçəklərdən əmələ gəlir. Bir günəbaxanda 1000 – 2000 arası toxum olur.
Amerikaya məxsus olan bu bitki ən azı 4500 il əvvəlində bir çox xalqlar tərəfindən yetişdirilib. Yerli amerikalılar tərəfindən günəbaxan yağ, çörək, tibbi məlhəmlər, boya kimi istifadə olunub.
Günəbaxan çox tez böyüyən bitkidir. 80-100 günə biçimə çatan növləri var. Ümumiyyətlə bitki boyu 2.4 – 3.7 metr olur. Ancaq qeydiyyatda ən uzun günəbaxan bitkisi 9.17 metr olub. Kirlənmiş torpaqları təmizləmək, radiyasiyanı çəkib yox etmək üçün günəbaxan əkilib. Torpağı ağır metallardan(qurğuşun, arsenik və uran)azad etmək üçün istifadə oluna bilər.
Günəbaxan insan qidasında, heyvan bəslənməsində və sənayedə istifadə olunur. Kalsium, dəmir kimi minerallarla zıngin olan günəbaxan insan qidasında yağından, ləpəsindən geniş işlədilir. İribuynuzlu südlük, ətlik heyvanlarda və qanadlıların yem rasyonlarında istifadə olunur. Yağından bio-dizel olaraq istifadə oluna bilər.
Ən yüksək günəbaxan bitkisi Ginnesin rekordlar kitabında qeydiyyatdadır və 1986-cı ildə Hollandiyada M. Heijims tərəfindən yetişdirilib, həmin bitkinin hündürlüyü 7,62 metr olub. Ən böyük başlı günəbaxan bitkisi 1983-cü ildə Kanadada Emily Martin tərəfindən yetişdirilib və diametri 81,28 cm olub.
Sorry, the comment form is closed at this time.