ARAŞDIRMA VƏ İNKİŞAF

Balakən Toxum MMC Azərbaycana regionlarımızın torpaq quruluşuna , iqlim şərtlərinə və su ehtiyyatlarına uyğun yeni sort hibrid toxumlarının distributoru olduğu şirkətlərdən birbaşa fermerlərimizə təqdim etməklə öz işinə başlamışdır. Heyət olaraq Türkiyədə qazandığımız təcrübə ilə Azərbaycanda torpaq işləmə, səpin, suvarma, gübrələmə, ümumiyyətlə bütün aqrotexniki qulluq mövzularında hər bir fermerlə həmsöhbət olub biliklərimizi və təcrübələrimizi paylaşmaqdan zövq alırıq. Əsasən hibrid qarğıdalı və günəbaxan, soya və yonca toxumları ilə yanaşı tərəvəz toxumlarının da təqdiminə və yetişdirilməsinə başlamışıq. 2018-ci ildən şirkətimiz hibrid toxumlarının respublikamızda istehsalı üçün işə başlamışdır.

Araşdırma İnkişaf Balakən Toxum
KEYFİYYƏTƏ ETİBAR

Distributoru olduğumuz şirkətlərdən təqdim etdiyimiz toxumlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət xidmətində qeydiyyatdan və Dövlət Fitosanitar Nəzarət Xidməti labarotoriyasından sınaqdan keçdikdən və idxal üçün icazə alındıqdan sonra fermerlərimizə təqdim olunur. Bununla yanaşı təqdim etdiyimiz toxumlar həmin ölkələrdə Beynəlxalq Toxum Sınaq Assosasiyası nın(İSTA) ümumdünya üzrə standartları nəzərə alınaraq sınaqdan keçmişdir.

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununu

“6.8. Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.”.

“11.5. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2016-cı il

№ 288-VQD

Bizim bu qanunu rəhbər tutmaq , sağlam gələcək naminə etibarlı toxumlar təqdim və istehsal etmək vətəndaşlıq borcumuzdur.

İSTEHSALDA KEYFİYYƏT VƏ MÜASİR TEXNOLOGİYA

Şirkətimiz ilk dəfə olaraq Azərbaycanda regionlar üzrə ən yüksək nəticə verən sortların istehsalını müasir texnologiya ilə ölkəmizdə təşkil edəcəkdir. 2018-ci ilin əvvəlində başlayan bu proses sürətlə davam etməkdədir. Hibrid toxumların Azərbaycanda yetişdirilməsinin bir çox üstünlüyü olacaqdır. Belə ki, həm iqlimə və torpaq quruluşuna uyğunlaşmış sort yetişəcək həm də qiyməti aşağı olacaqdır. Bununla yanaşı bu toxumların alınmasına xərclənən vəsait ölkəmizdə qalmış olacaq və bu sektorun inkişafına yol açmış olacaqdır.