Soya Əkini

Soya

Soya bitkisi qida dəyəri çox yüksək olan isti iqlim bitkisidir. Toxumlarında 18-24% yağ və 30-40% protein olur. Həm insan qidasında həm də heyvan bəslənməsində istifadə olunur.

İqlim və torpaq istəyi

Yetişmə dönəmi boyunca 2400-3000 C istilik tələbi var. Cücərmə üçün ən azı 8-10 C lik bir torpaq istiliyi vacibdir. İnkişaf etdikcə, istiliyin 16-30 C arasında olması lazımdır. Torpaq baxımından özəl bir seçiciliyi yoxdur. Yüksək məhsuldarlıq üçün gilli, gilli-qumlu, orta-ağır, tez isinən, püşlə zəngin və yaxşı torpaqlara ehtiyacı var. Torpağın pH dərəcəsi 4-ün üzərində olmalıdır, neytral torpaqlar soya üçün uyğundur.

Soya Əkini - Balakən Toxum
Əkin Balakən Toxum
Relyefin hazırlanması

Relyef traktora qoşulan lazerli alətlə düzəldilməlidir. Hündür çökək olan ərazilərdə sular çökək yerlərə yığılaraq həmin yerdə olan bitkilərin kökünün inkişafına mane olur və inkişafını ləngidir, məhsuldarlığı aşağı salır hətta bitkinin məhv olmasına səbəb olur.

Torpaq hazırlığı

Soya əkiləcək tarla əkimdən öncə kotanla 20-25 sm dərinlikdə şumlanır. Bundan sonra şum diskli mala ilə parçalanır, ardından dırmıqla malalanır. Hər cür torpaq işlənməsi torpağın incəlməsinə qədər edilməlidir iri torpaq hissəcikləri qalmamalıdır. Torpaq hazırlanarkən çox nəmli və ya çox quru olmamalıdır. Toxum yatağı incə torpaqlı olmalı və torpaq üzərindən 2-6 sm dərinliyə qədər sıxışdırılmalıdır. İkinci məhsul üçün olunacaq əkimlərdə arpa və ya buğda biçimindən dərhal sonra tarla sulanmalıdır və torpaq incələnə qədər işlənməlidir.

Əkim vaxtı

Soya yaxşı hazırlanmış bir toxum yatağına 2-3 sm dərinlikdə əkilməlidir. Hektara (350-450 min ədəd) toxumun dən ağırlığında asılı olaraq 80 kq – 50 kq arası toxum işlədilir. Sıra arası və bitki arası məsafələr 70*3, 60*4 və ya 50*5 sm olur. Əgər alətlərlə işləmək çətinlik törətmirsə sıra arası 40-45 sm bitki arası 5-6 sm olur. Azərbaycanda daha çox 70 sm cərgə arası və 3-4 sm bitki arası məsafə ideal sayılır.

Sulama

Soya yetişmə dönəmi boyunca 3-4 dəfə sulanmalıdır. Bitki boyu 8-10 sm olanda ilk sulama olunmalıdır. Çiçəklənmə başlanğıcı və paxla əmələ gəlmə dönəmləri soya bitkisinin ən çox su istədiyi dövrdür.

Gübrələmə

Soya paxlalı bitki olduğu üçün soyanın özəl bakteriyaları havadakı azotu yarpaqları vasitəsi kökə bağlayır. Soya bir tarlaya ilk dəfə əkilirsə torpağın vəya toxumun özəl soya bakteriyası ilə aşılanması lazımdır. (100kq tohuma 1kq bakteriya) Əkimdə toxumla birlikdə hektara torpağın tələbinə görə 150-300 kq NPK 16/16/16 işlədilir. Kultivasiyada isə torpağın tələbinə görə 100-200 kq Karbomid işlədilir.

Alaq otlarına qarşı mübarizə

Alaq otlarıyla mübarizədə ən təsirli yol torpağın düzgün işlənməsi yoludur. Bitkilər 10-15 sm boyuna çatanda sıra arası frezerli kultivator ilə kultivasiya olunur. Bu iş bitkilərin kök, gövdə və yarpaqlarına zərər verməyəcək şəkildə olunmalıdır.Həm də torpaq üzərində işlənmiş təbəqə torpağın çatlayıb dərindəki suyun buxarlaşaraq çıxmasının qarşısını alır. Soya bitkisi çıxışdan sonra alaq otları 3-5 yarpaqlı ikən quizalofop-p-ethyl və imazamox tərkibli herbisidlər qarışdırılaraq sahəyə dərman səpən traktora qoşulan aqreqatla tətbiq edilir.

Xəstəlik və zərərvericilərə qarşı mübarizə

Nematod, mildiyö və viruslar bu bitkiyə zərər verə bilir. Zərərvericiləri ağ milçək, qırmızı hörümçək, yaşıl qurd, və pis iyli yaşıl(boz) böcək soyanın vegetasiya dövrünü uzatmaqla yanaşı məhsuldarlığa mənfi təsir edir. Zərərvericilərə qarşı deltametrin, cypermetrin, alphacypermetrin tərkibli dərmanlar işlədilir.

Yığım və saxlama
Bitkinin tamam saralaraq yarpaqların tökülməyə başladığı və paxlaların da quruyaraq dənlərin sərtləşdiyi dönəmdə biçin edilir. Biçin 13% nəmlilikdə və kombaynla edilir. Anbar yığımının qalınlığı 1 metri keçməməsi məsləhətdir. Soya dənlərinin tərkibində yağ da olduğuna görə istilik 15-20 C, hava nəmi də 50% olmalıdır.

Etibarlı toxum üçün bizə müraciət edin.