Qarğıdalı Əkini

Relyefin hazırlanması

Relyef traktora qoşulan lazerli alətlə düzəldilməlidir. Hündür çökək olan ərazilərdə sular çökək yerlərə yığılaraq həmin yerdə olan bitkilərin kökünü zəiflədir və inkişafını ləngidir, məhsuldarlığı aşağı salır.

Torpaq hazırlığı

İlkin şumlama qazon yatağını parçalamaq, köhnə kökləri torpağa qarışdırmaq, alaq otlarını yox etmək və sərt təbəqəni parçalayıb dib sularından bitkinin istifadəsini asanlaşdırmaq üçün edilir. İlk şumda qulaqlı kotan, çizel kotan və diskli kotan kimi alətlərdən istifadə edilir. Azərbaycanda çox az işlədilən ancaq çox faydalı kənd təsərrüfatı texnikası olan dib qıran sərt təbəqəni parçalamaq üçün işlədilməlidir. İkinci mərhələdə(mala) kotanlı şumdan sonra toxum əkiminə qədər olan bütün işləri əhatə edir. Mala toxum yatağını basdırmaq, boşaltmaq və ya incəltmək, bitki qalıqlarını kəsmək və alaq otlarını yox etmək kimi məqsədlər üçün edilir. Malalama mərhələsində mala, diskli mala, yaylı kultivator, tarla kultivatoru, dişli dırmıq, hamarlayıcı və mərdanə kimi alətlər işlədilir.

Əkim dövrü

Ümumi olaraq əkim vaxtı əkiləcək yerin yüksəkliyinə görə dəyişməkdədir. Ölkəmizin aran rayonlarında ən uyğun əkim vaxtı aprel ayının əvvəlləridir. Dağlıq və dağətəyi kimi yüksək ərazilərdə isə bir az gec tarixlərdə aprel ayının ortalarından başlayaraq əkim məsləhət görülür. Hər gün səhər gün çıxdıqdan 1 saat ərzində torpaq tempraturu yoxlanılır. Torpaq tempraturu 3 gün üst-üstə +10C üzərində olarsa səpinə başlamaq olar. Erkən əkimin məhsuldarlığı yüksək olur, ancaq əkim zamanı bəzi tədbirlərin görülməsi zəruridir.

Əkim dərinliyi

Qarğıdalıda əkim dərinliyi iqlim və torpaq şərtlərinə görə dəyişir. Ümumiyyətlə qarğıdalı 2-3 sm dərinliyə əkilir. Torpaq səthinin quru və isti olması vəziyyətində əkim dərinliyi artırılmalıdır. Quru torpaqlarda toxumu daha nəmli mühitə salmaq üçün gilli torpaqlarda 7-8 sm, lilli torpaqlarda 10-11 sm və qumlu torpaqlarda 12 sm dərinliyə kimi əkilə bilər.

Əkim sıxlığı

Ən uyğun əkim sıxlığı istifadə olunan sort toxum çeşidinə, əkim zamanına, yetişdirmə məqsədinə, yüksəkliyə, iqlimə, sulama miqdarına və torpağın vəziyyətinə görə dəyişir. Çox sıx əkim sütül bağlamayan bitki sayını artırır, dən faizini aşağı salır. Sıx əkilən tarlada bitkinin su və gübrə tələbatı çox yuxarı olur. Çox seyrək əkim isə hektardan alınan məhsul miqdarının azalmasına səbəb olur.

Əkim şəkli

Qarğıdalı əkimində səpmə və sıraya əkim üsulları istifadə olunur. Ən uyğun əkim üsulu havalı mibzərlə sırayla edilən əkimdir. Sıra arası 70 sm, bitki arası təyinata və sorta görə 15 və 20 sm məsafədə əkilir.

QULLUQ
Qarğıdalı bitkisində ilk 3-5 həftə alaq otunun nəzarətə alma baxımından kritik bir dövrdür. Alaq otlara nəzarətdə əsas prinsip, alaq otunun çıxışını əngəlləmək və ya çıxış əsnasında tədbirlər apararaq bitkiyə verəcəyi zərəri ən aza endirməkdir. Ənənəvi mübarizə və kimyəvi herbisitlə mübarizə alaq otunu nəzarətə almada işlədilən əsas metodlardır. Alaq otlarının növlərinin hamısına təsir göstərə biləcək herbisit olmamaqdadır. Bunun üçün fərqli herbisitlər birləşdirilərək qarğıdalı 4-8 yarpaq olduğu dövrdə qarışım halında və ya ayrı-ayrı və fərqli zamanlarda tətbiq edilə bilər. Qarğıdalı əkinçiliyində alaq otlarını nəzarətə almada müvəfəqiyyət əldə etmək üçün(əkimdən öncə) bir planlamayla, şum üstü dərmanlamaqla ola bilər.
Suvarma

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının 90%-i suvarılan torpaqların payına düşür. Odur ki, suvarılan torpaqların meliorativ vəziyyətini öyrənməklə, suvarılan əkinlərdən yüksək və stabil məhsul götürülməsi üçün, su ehtiyyatlarından daha səmərəli istifadə olunmalı və düzgün suvarma üsulları müəyyən olunmalıdır. Suvarma üsulunun seçilməsi bitkinin növündən, torpağın xüsusiyyətlərindən, relyefdən , hidrogeoloji və iqlim şəraitindən asılıdır.

Qarğıdalı bitkisi ilin ən isti dövründə yetişən bir bitki olduğundan su sərfiyyatı yüksəkdir. Ölkəmizdə dağətəyi kimi istisna bölgələr xaricində qarğıdalı yetişdirilən bölgələrdə bitkinin inkişaf dövründə düşən yağıntı miqdarı yetərli deyil. Sulama programı hazırlanarkən bölgənin iqlim və torpaq şərtləri, bitkinin görünüşü, inkişaf dönəmi və kök dərinliyi kimi faktorların nəzərə alınması lazımdır. Geniş əkim sahələri üçün ən uyğun suvarma şəkli yağış yağdırma və pivot suvarma sistemləridir.

Suvarma - Balakən Toxum
Gübrələmə

Ümumiyyətlə əkiləcək sahənin gübrə tələbatını torpağı analiz etməklə mümkündür.

Azotlu gübrələr

Azotlu gübrə tələbatı böyümə periyodu əvvəlində çox yüksək olmur. Azot ehtiyacı əkimin üçüncü həftəsindən birdən artır və saçax əmələ gəlmənin 10 gün əvvəlindən başlayaraq 25-30 gün sonrasına qədər ən yüksək səviyyəyə çatır.

Fosforlu gübrələr

Qarğıdalı bitkisinin fosfor baxımından ən həssas dönəmi mövsüm başlanğıcıdır. Bitki gənc dönəmində (60-65 sm boya çatıncaya qədər) normal böyüməni təmin etmək üçün toxumalarında yüksək faizdə fosfor ehtiyacı duymaqdadır. Bu dönəmdə bitkinin yetərincə fosfor ala bilməsi üçün gübrə mibzərlə (dərmansəpən) sıranın yanına verilməli, ən az 50%-i suda əriyən fosfor gübrəsi verilməli və bir qismi azot, 3-4 qismi P2O5 tərkibli gübrələr seçilməlidir.

Potasiumlu gübrələr

Qarğıdalı potasium ehtiyacı yüksək olan bitkidir. Ancaq potaslı gübrələrin tərkibində yüksək dozada duz konsantrasiyası olduğu üçün çimlənməkdə olan toxumdan 4-5 sm aralıda tətbiq edilməlidir.

Əlavə tövsiyyələr

Əlavə olaraq sizə təqdim edəcəyimiz bəzi məsləhətlərlə məhsuldarlığı artıra bilərsiniz.Torpağın pH dərəcəsi qarğıdalı məhsuldarlığına təsir edir. Keyfiyyətli qarğıdalı istehsalı pH-ı 6.5-7.5 olan torpaqlarda mümkündür. Alaq otlarına qarşı tədbirlər görün. Bu, qarğıdalı əkinində çox önəmli faktorlardan biridir. Qarğıdalı çıxışından əvvəl və ya əkilmədən öncə alağa qarşı şuma vurulan herbisit olduqca önəmlidir. Əvvəlcədən verilən gübrələrin qarğıdalıya qalması üçün alaq otlarına qarşı tədbirlər çox vacibdir.

Növbəli əkin edin. Növbəli əkin sahədə əkilən bitkilərə aid olan xəstəliklərin tarladan uzaqlaşdırılmasına, torpaq tərkibinin zənginləşdirilməsinə təsir edir. Torpağın ideal hazırlanması. İlk növbədə tarlada hündür-çökək problemi aradan qaldırılmalıdır ki, sular çökək yerə yığlıb qalmasın. Çox nəmli torpaqlarda(palçıq) və aşağı torpaq tempratur əkimləri bitkinin kökünü sıxmaqla bitkilərin eyni səviyyədə inkişafına mane törədən amillərdəndir.

Həssas əkim olunmalıdır. Mibzərlə əkin edən traktorçu mexanizator traktoru asta sürməlidir. Havalı mibzərlər üçün ideal surət 5-10 km/saat-dır. Araşdırmalar asta əkimin bitki çıxışına, inkişafına və nəhayət məhsuldarlığa təsirinin yüksək olduğunu göstərmişdir. Gübrələrdən səmərəli istifadə edin. Torpağınızı analiz etdirib hansı gübrəyə ehtiyacı olduğunu təyin edin. Qarğıdalı səpinində toxum torpağa əkilən vaxtı əkim mibzəri ilə NPK-16/16/16 gübrəsinin torpağa verilməsi məsləhət görülür.

Azotlu gübrələri iki və ya üç dəfəyə verin. Əkində verilən azot ştilin yetişməsində, sapa qalxma və böyümə dönəmində verilən azot sürətli boy atmağa, saçax açma dönəmindən əvvəl verilən azot isə fotosintezə və tozlanmağa yardımçı olur. Biçindən sonra bitki qalıqlarını yandırmayın. Organik bitki qalıqları torpağın dəyərlərini yüksəldir, su saxlama qabiliyyətini yaxşılaşdırır, torpağın eroziyaya məruz qalmasının qarşısını alır.

Etibarlı toxumlar üçün Balakən Toxum MMC-yə müraciət edin. Məhsulunuz bol olsun.