Günəbaxan Əkini

Günəbaxanın ekoloji istəkləri

İstilik istəyi: Günəbaxan bitkisinin qüvvətli və dərinlərə gedə bilən kök sistemi səbəbi ilə qurağa nisbətən dayanıqlı bitkidir.Subtropik və mülayim iqlim olan bölgələrimizdə yetişir. Vegetasiya dövrü (80-130 gün) boyunca ümumi istilik ehtiyacı 2600-2850 C-dir. Cücərmə dönəmində ən aşağı olaraq 4-5 C, torpaqdan çıxdığı vaxtda 8-10 C, optimal olaraq isə 12-14 C istlik gərəklidir. İnkişaf dönəmində 30 C-nin üzərində olan istilik dərəcələri böyüməyə mane törətməkdə, 40 C-nin üzərində isə polenlər, ümumiyyətlə tozlanma ya zəif olur ya da heç olmur. Yazın gec donlarına qarşı çox həssas deyil. Gənc bitkilər donmağa qarşı dayanıqlıdırlar. Torpaqdan yeni çıxmış bitkilər(kotiledon) -5 C donda canlı qalabilirlər. Günəşli, isti və yetişmə periyodunda aylıq istilik ortalaması 25 C olan yerlərdə daha yaxşı inkişaf etməkdədir.

Günəbaxan Əkini - Balakən Toxum
Günəbaxan Əkini - Balakən Toxum

Torpaq və su istəyi: Günəbaxan inkişaf etmiş kök sistemi ilə 3 m dərindəki sudan istifadə edə bilir. İnkişaf dönəmində bir günəbaxan bitkisi ortalama 200 ltr su istifadə edir. Qurağa qarşı yüksək dərəcədə müqaviməti olmasına baxmayaraq, quraqlığın uzun müddət davam etməsi halında tabaqlar balaca qalır, toxum bağlama aşağı səviyyəyə düşür və məhsuldarlıq azalır. Günəbaxan işığı və günəşi sevən bir bitki olaraq günəş enerjisinə tələbatı çoxdur, kölgəni sevməz. Günəbaxan çox ağır və qumlu torpaqlar xaric, ağır gilli torpaqlardan yüngül qumlu torpaqlara, az asitli torpaqlardan qələvi torpaqlara qədər geniş əhatədə yetişən bir bitkidir. Organik maddələri zəngin, püşlü, su saxlama qabiliyyəti yaxşı torpaqlarda ən yaxşı şəkildə yetişməkdədir. İdael torpaq pH-ı 6-7-dir. Günəbaxanın soya,qarğıdalı, çəltik, kətan və lobyadan duzluluğa qarşı müqaviməti yüksəkdir. Duzlu torpaqlarda yetişdirmək olur.

Torpaq hazırlığı
1

Birinci məhsul

Birinci məhsul üçün torpaq hazırlığı: Torpaq hazırlığına payızda biçindən sonra başlanılır. Tarla kotanla 20-25 sm dərinlikdə əkilir. Ancaq hər il belə dərin şum yerinə, dəyişən dərinlikdə ediləcək şum maliyyəti aşağı salmaqla yanaşı şum altı bərk təbəqənin əmələ gəlməsinin qarşısını alacaqdır. Torpağın qışdan şumlanması su alma qabiliyyətini artırar, donma və yuyulmalarla torpağın fiziki özəllikləri yaxşılaşdırar. İlk şumdan sonra payız yağışları səbəbiylə tarlada otların inkişafı başlayarsa qış başlamadan öncə torpaq qazayağı ilə 10-15 sm dərinlikdə işlənərək otların dərinə basdırılması işi görülür. Yazda dərin torpaq əkimi aparılmamalıdır, torpaq incəldikdən sonra sərtləşməsinin qarşısını almaq üçün üzdən diskli mala ilə torpağın işlənilməsi lazımdır. Bunları elədikdə həm torpağın altdan yarılaraq işlənməsi, parçalanması həm də müəyyən bir səviyyədə sahənin düzlənməsi mümkün olacaqdır.

2

İkinci məhsul

İkinci məhsul üçün torpaq hazırlığı: Kanola, arpa və buğda biçinindən sonra bitki qalıqları yandırılmamalıdır. Əkin sapları mümkün qədər dibdən kəsilmiş, saman və alaq otları dırmıqla uzaqlaşdırılmış olan tarlada sulamaq üçün şırımlar açılaraq sahənin hər bir hissəsi yetərincə sulanmalıdır. Havanın istiliyindən asılı olaraq 4-5 gün ərzində hazırlanmış torpaq 18-20 sm dərinliyində diskli mala ilə işlənilir. Daha sonra dırmıq və mala ilə torpaq səpinə hazırlanır.

Günəbaxan Əkini - Balakən Toxum

Gübrələmə: Torpağın orqanik quruluşunu düzəltmək və yüksək məhsuldarlıq üçün heyvan gübrəsi də işlətmək yaxşı nəticələr verir. Bunun üçün payızda hektara 30-40 ton heyvan gübrəsi verilməsi uyğundur.
Əkimdə toxumla birlikdə hektara torpağın tələbinə görə 150-300 kq NPK 16/16/16 işlədilir. Bitkilər 30-35 sm boya çatanda qazayaqlı kultivatorla kultivasiyada edilir və kultivasiya ilə birlikdə torpağın tələbinə görə 100-200 kq Karbomid işlədilir. Daha sonra dibdoldurma edilir. (karbomid tətbiqini iki hissəyə bölüb kultivasiyada 100kq, dibdoldurmada 100 kq işlətmək olur)

Əkim: Günəbaxan əkimi geniş bir zaman periodu içərisində olunur. Ancaq birinci məhsul əkimi zamanını torpağın istiliyi və torpağın əkin üçün hazır olması şərtləri təyin edir. Buna görə mart ayı ortalarından iyul ayının ortalarına kimi qədər günəbaxan əkimi mümkündür. Yaxşı bir səpin üçün toxum yatağı kifayət qədər rütubətə sahib olmalı, torpaq yaxşı işlənmiş olmalı, çox qabarıq olmamalı, bitki artıqları və alaq otları təmizlənmiş olmalıdır. Əkim dərinliyi 3-4 sm-dir. Torpağı vəziyyətindən asılı olaraq 7-8 sm dərinliyə də əkilə bilər. Ancaq lazımı dərinlikdən çox olan əkimlərdə torpaqdan çıxış vaxtında olmayacağı üçün bitkilərin inkişafı dalğalı olur. Əkim pambıq və qarğıdalı mibzəri ilə aparıla bilər. 70 sm cərgə arası əkimlərdə əkim sıxlığı quraq şərtlərdə yağlıq çeşidlərdə 30 sm, sulanan yerlərdə 26 sm, çərəzliklərdə 40 sm olaraq bitki arası məsafə tövsiyyə olunur. Lazımı miqdardan çox sıx əkimlər, zəif bitki inkişafına, yüksək faizdə yatmağına görə məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Günəbaxan əkimində sırların külək istiqamətinə paralel olmasına diqqət yetirilməlidir.

Günəbaxan Əkini - Balakən Toxum
Alaq otlarına qarşı mübarizə

Alaq otlarıyla mübarizədə ən təsirli yol torpağın düzgün işlənməsi yoludur. Bitkilər 10-15 sm boyuna çatanda sıra arası frezerli kultivator ilə kultivasiya olunur. Bu iş bitkilərin kök, gövdə və yarpaqlarına zərər verməyəcək şəkildə olunmalıdır.Həm də torpaq üzərində işlənmiş təbəqə torpağın çatlayıb dərindəki suyun buxarlaşaraq çıxmasının qarşısını alır. Günəbaxan bitkisi çıxışdan 3-5 yarpaqlı ikən həm enliyarpaqlı həm də daryarpaqlı alaqlar üçün herbisidlər qarışdırılaraq sahəyə dərman səpənlə (traktora qoşulan aqreqatla) tətbiq edilir

SULAMA

ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ

YIĞIM VƏ SAXLAMA

GÜNƏBAXANDA ARININ ƏHƏMİYYƏTİ

Günəbaxan quru şərtlərdə yetişə bilən bitkidir. Çiçəklənmə dövründə yüksək istiliklərin əmələ gətirə biləcək zərələrin qarşısını almaq üçün tabaq əmələ gəlmə dövründə ediləcək suvarma böyük əhəmiyyət daşımaqdadır. Suvarma şırımla, salma ya da yağış üsulu ilə edilir. Anca xəstəliklərin geniş olduğu yerlərdə və çiçəklənmə dövrü boyunca yağış üsulu edilməməlidir.

Zərərvericiləri bozqurd, tel qurdu,qayçılı böcək gənc bitkilərin tələf olmasına səbəb olur və tarlada boş ərazilər meydana gələməsi ilə nəticələnir. Zərərvericilərə qarşı insektisidlər işlədilir. Quşların zərərini ən aza endirmək üçün geniş sahələrdə və ağaclar az olan ərazidə əkilməsi tövsiyyə edilir. Balakən Toxum MMC-nin təqdim etdiyi sortların tabağı əyik olduğu üçün quş zərəri minumum səviyyədədir.

Biçin bitkinin dənlərində rütubət 15% -dən aşağı olan zaman və kombaynla edilir. Anbar yığımında məhsulun rütubəti 8-9%-i, hündürlüyü 1-1.5 metri keçməməsi məsləhətdir.

Günəbaxanda tozlanmanın tam olmağı üçün böcəklərə xüsusən də arılara ehtiyacı var. Edilən tədqiqatlar nəticəsində arı ilə edilən istehsallarda arısız istehsala görə 70%-ə qədər artım müşahidə edilmişdir. Etibarlı toxumlar üçün Balakən Toxum MMC yə müraciət edin.