Soyanın üstünlükləri və faydaları – soya toxumu haqqında
Soya latınca Glycine max olaraq bilinən paxlalı bitkidir. Dənli-paxlalı bitkilər Fabaceae fəsiləsinin botaniki cinsidir. Zülalla zəngin olduğundan, ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur. O, çinlilərə bizim eradan 6 min il əvvəl məlum olub sonralar Hindistan, Yaponiya, Koreya, Vyetnam və İndoneziyada becərilmişdir. Avropada nisbətən gec, XVIII əsrdə becərilməyə başlanılıb. Uzaq Şərqdə yaşayan rus mühacirləri soyanı qədimdən becəriblər. Soya Amerikaya ilk dəfə 1765-ci ildə Samuel Bowen adlı dənizçi tərəfindən tanıdılıb.
Əkin sahəsinə görə dünyada dənli-paxlalı bitkilər içərisində soya birinci yeri tutur. Dünya əkinçilik sistemində onun əkin sahəsi 67 mln hektardır. Soyanı təxminən 50-yə yaxın ölkədə becərirlər. Soyanın əkin sahəsi ABŞ-da 30 mln, Çində 15 mln, Braziliyada 3,0 mln hektardır. Bu bitki Hindistanda, Yaponiyada, Vyetnamda, İndoneziyada, Şimali Afrikada, Avstraliyada, Şimali və Cənubi Amerikada, Ukraynada, Rusiyada, Moldaviyada, Şimali Qafqazda, Gürcüstanda və Azərbaycanda becərilir. Dünya üzrə orta məhsuldarlıq 14-15 sentnerdir. Keçmiş SSRİ-də soyanın əkin sahəsi 1mln hektar və məhsuldarlığı isə orta hesabla 10 sentner olmuşdur. Qabaqcıl təsərrüfatlarda suvarma şəraitində dən məhsuldarlığı 25-30 sentner, yaşıl kütlə məhsuldarlığı isə 250-300 sentner olmuşdur.
Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-25°C temperatur tələb edir. Toxumlar 6-8°C temperaturda cücərir. Soyanın cücərtisi –2-5°C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dənədolma fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.
100 qram soyada 446 kkal enerji, 9% su, 30% karbonhidrat, 20% toplam yağ və 36% zülal var. Soya insan sağlığı üçün yararlı olan səkkiz amino asidin olduğu zülal qaynağı olan bir neçə bitkilərdən biridir.
Soya metobolizmanı inkişaf etdirmək, insanların sağlıqlı şəkildə çəki artırmasına kömək etmək, ürəyi qorumaq, xərçəngə qarşı müqavimət yaratmaq, sümük sağlamlığına dəstək olmaq kimi insan sağlamlığı adına bir çox xeyirli xüsusiyyətləri vardır. Ancaq soyada esterogenə bənzər birləşmələr olduğuna görə çox istifadə edilərsə ziyanı da olabilər. Xüsusi ilə kişilərdə hormonal pozuntular əmələ gələ bilər. Kişilərdə qısırlığa, cinsi zəifliyə səbəb ola bilər. Bu mövu ilə bağlı araşdırmalar hələ davam etməkdədir.
Vitaminlər baxımından B6, B12, K, C, vitaminləri, riboflavin, folat və tiaminlərlə zəngindir. Minerallardan dəmir, maqneziyum, fosfor, mis, kalium, manqan, sink, selenyum və kalsiyumlarla zəngindir.
Soya sənayedə mühərrik yağları, kosmetika, qidada qida yağları, un, heyvan yemlərində və bir çox sahlərdə geniş istifadə olunur. Dünyadakı soyanın 85%-i soya yağı və soya unu olaraq işlədilir qalan hissələi də başqa sahələrdə istifadə olunur. 2015/16 sezonu bilgilərinə görə dünyada yağlı toxumlar istehsalı 521 milyon tondur. Soya 313 milyonluq istehsal miqdarıyla ilk sırada olan ən önəmli yağ bitkisidir.
Soya bir çox digər qidalara bənzər toxuma və forma istehsal etmək üçün də istifadə edilir. Kərə yağı, soya südü, margarin, soya kremi və ət əvəzediciləri kimi məhsulların istehsalında istifadə olunur.
Sorry, the comment form is closed at this time.